Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 17 Dec 2023 15:54
Ermənistanda mikroavtobusla minik avtomobili toqquşub, 15 nəfər xəsarət alıb.
APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu gün yerli vaxtla saat 12.00-da Tavuş vilayətində İcevan-Göyçə-İrəvan yolunda “QAZel” markalı mikroavtobusla “VAZ 2106” markalı minik avtomobili toqquşub.
Toqquşmadan sonra “QAZel” aşıb və yol qismən bağlanıb.
Qəza nəticəsində xəsarət alan 15 nəfər xəstəxanaya yerləşdirilib.