Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 17 Dec 2023 20:18
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə diplomatik mənbədən bildirilib.
Qeyd olunub ki, telefon danışığı qarşı tərəfin xahişi ilə baş tutub.
Tərəflər regional və qlobal məsələləri, ABŞ və Türkiyə arasında ikitərəfli münasibətləri müzakirə edib:
“Münasibətlərdə müttəfiqlik ruhuna uyğun hərəkət etməyin vacibliyinin vurğulandığı danışıqda İsveçin NATO-ya üzvlüyü, F-16 məsələsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunan mövzular arasında olub.
Bundan əlavə, İsrail-Fələstin gərginliyi də müzakirə edilib. Qəzza və İordan çayının qərb sahilində vəziyyətin getdikcə pisləşdiyinə diqqət çəkən xarici işlər naziri Fidan ABŞ-ni hücumları dayandırmaq üçün İsrailə təsirindən istifadə etməyə çağırıb. Xarici işlər naziri Fidan Blinkenlə danışıq zamanı tam atəşkəs əldə edildikdən sonra İsrailin iki dövlətli həllə əsaslanan ədalətli və daimi sülhün reallaşdırılmasına yönəlmiş siyasi prosesi başlatmaq üçün masaya gətirilməli olduğunu da vurğulanıb”.