Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 18 Dec 2023 01:52
Meksikanın Salvatierra şəhərində (Quanaxuato ştatı) hotelə silahlı hücum olub.
APA xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində 12 nəfər ölüb, 11-i yaralanıb.
Naməlum şəxslər beş avtomobili də yandırıblar.