- Cümə axşamı, 3 Oktyabr, 2024
Tarix: 18.09.2024 11:56
Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın Tayvana silah satışında iştirak edən bu ölkənin ordusuna bağlı doqquz şirkətə qarşı cavab tədbirləri görəcəyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Sierra Nevada Corporation və Stick Rudder Enterprises LLC də daxil olmaqla firmalara qarşı görülən tədbirlər qüvvəyə minib.
Bildirilib ki, bu firmaların Çin daxilində əmlakları da dondurulub. Bəyanatda deyilir ki, Çindəki təşkilat və şəxslərin sözügedən şirkətlərlə əməliyyatlar aparmasının qadağan edildiyi bildirilib.