Ermənistanda hakimin həbs müddəti uzadılıb

Tarix: 18 Dec 2023 19:13

Ermənistanda hakim Arusyak Aleksanyanın həbs müddəti daha 3 ay uzadılıb.

APA Sputnik Armenia-ya istinadən xəbər verir ki, eyni zamanda, hakim onun istintaq təcridxanasında qalmasına imkan verməyən hər hansı xəstəliyin olub-olmadığını öyrənmək üçün tibbi ekspertiza təyin edib.

Qeyd edək ki, Arusyak Aleksanyan vəzifə səlahiyyətlərini aşmaqda və bilərəkdən ədalətsiz məhkəmə aktı çıxarmaqda ittiham olunur. O, ötən ilin oktyabr ayında həbs edilib.

Xəbər Lenti