İtaliya koalisiyaya qoşulacaq?

Tarix: 18 Dec 2023 19:47

İtaliya Qırmızı dənizdəki ticarət və digər gəmilərini Yəmənin husi qiyamçılarının hücumlarından qoruyacaq hərbi-dəniz koalisiyasına qoşula bilər.

 

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Romaya əməliyyat qüvvələrinə qoşulmaq təklif olunub və qərarın həftənin sonuna qədər qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Xəbər Lenti