Ukraynaya yardımla bağlı sammitin tarixi açıqlanıb

Tarix: 18 Dec 2023 19:52

Fevralın 1-də Ukraynaya 50 milyard avroluq yardımın ayrılması məqsədi ilə 2027-ci ilə qədər Aİ-nin çoxillik büdcəsinin razılaşdırılması və tənzimlənməsi üçün Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.

“Fevralın 1-də Avropa İttifaqının çoxillik büdcə ilə bağlı fövqəladə sammiti keçiriləcək. Ukraynaya yardımı təsdiqləmək üçün bir az daha vaxt lazımdır. Bu, Macarıstanı razı salmaq üçün lazımdır”, - Mişel qeyd edib.

Xəbər Lenti