Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 18 Dec 2023 22:38
İran Yaxın Şərq regionunda münaqişənin mümkün eskalasiyasının qarşısını almaq üçün addımlar atmalıdır.
APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.
“Əlbəttə, Birləşmiş Ştatlar müharibə istəmir. Biz İranı eskalasiyanın qarşısını almaq üçün addımlar atmağa çağırırıq”, - Ostin bildirib. Onun sözlərinə görə, İran hazırda radikal qrupları dəstəkləməkdə davam edərək “regionda gərginliyi artırır”.
"Biz münaqişənin Qəzza zolağından kənara yayılmaması üçün çalışırıq", - Ostin vurğulayıb.