ABŞ Şimali Koreyanın son raket buraxılışlarını pisləyib

ABŞ Şimali Koreyanın son raket buraxılışlarını pisləyib

Tarix: 19 Dec 2023 00:44

Amerika Birləşmiş Ştatları Şimali Koreyanın son raket buraxılışlarını pisləyir, çünki bu, regionda təhlükəsizliyi pozur.

APA-nın məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə deyib.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ABŞ bütün ölkələri Pxenyanın ballistik raket buraxılışlarını pisləməyə çağırır.

Mənbə: apa.az

Xəbər Lenti