Pentaqon büdcədə qalan son məbləği açıqladı

Tarix: 19 Dec 2023 01:45

Pentaqondan ABŞ Konqresinə göndərilən məktubda Ukraynaya yeni silahların alınması üçün ayrılan məbləğin dekabrın 30-da bitəcəyi qeyd olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Konqres yeni maliyyələşdirməni təsdiq etməsə, Ukraynaya göndərilən silahların dəyişdirilməsi üçün lazım olan pulun dekabrın 30-da tükənəcəcək.

Büdcədə qalan 1 milyard 70 milyon dolların müqabilində müxtəlif silah və texnikanın alınması planlaşdırılır. Bu məbləğin 635 milyon dolları raketlərin alınmasına, 210 milyon dolları  155 mm-lik M795 mərmilərinin alınmasına, 129 milyon dolları isə ABŞ Hərbi Dəniz Qüvvələrinin məxfi maliyyələşdirilməsinə yönəldiləcək.

Xəbər Lenti