- Şənbə, 21 Dekabr, 2024
Tarix: 09.11.2024 11:41
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 2.33% azalaraq 1 barelə görə 73.87 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 2.74% azalaraq 1 barelə görə 70.38 ABŞ dolları olub.