- Bazar ertəsi, 30 Dekabr, 2024
Tarix: 16.11.2024 11:45
Azərbaycanı COP29-u yüksək səviyyədə təşkil etdiyinə görə təbrik edirəm.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib.
O bildirib ki, iqlim dəyişikliyi prosesinin maliyyələşdirilməsi əsas məsələlərdən biridir:
“Parlamentlər arasında yüksək səviyyədə əlaqələr qurulmalıdır. Birgə araşdırmalara dəstək verməli, təcrübə mübadiləsi aparmalıyıq. Biz parlamentlər olaraq geniş müzakirələr aparmalıyıq”.