Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 19 Dec 2023 12:20
Litva parlamenti andını pozduğuna görə deputat Pyatras Qrajulisin mandatını ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Litvanın “LRT” telekanalı məlumat yayıb.
O, bununla yanaşı 10 il ərzində parlament və prezident seçkilərində namizədliyini irəli sürə bilməyəcək. Bununla belə, o, Avropa parlamentinə keçiriləcək seçkilərdə namizəd ola bilər.
Buna səbəb isə, Qrajulisin parlamentdə digər deputat Linas Yonauskasın əvəzinə səs verərkən özünü ələ verməsi olub.
Hadisədən sonra ölkənin Konstitusiya məhkəməsi bunun Konstitusiyanı kobud şəkildə pozmaq halı olduğuna qərar verib.