Bakı Təşəbbüs Qrupu illik genişmiqyaslı hesabatını təqdim edib

Tarix: 14.12.2024 11:47

Bakı Təşəbbüs Qrupu (BTQ) illik genişmiqyaslı hesabatını təqdim edib.

APA xəbər verir ki, "Oğurlanmış firavanlıq: müstəmləkəçilik dənizaşırı ərazilərdə iqtisadi azadlığı necə boğub" adlı hesabatın təqdimatında bildirilib ki, sənəd kolonializm mövzusunun qloballığı və aktuallığı nəzərə alaraq hazırlanıb.

Hesabat müstəmləkəçilikdən əziyyət çəkən regionların cari çağırışları, sosial-iqtisadi və hüquqi problemlərini özündə əks etdirir.

Diqqətə çatdırılıb ki, hesabatın məqsədi mövzuya dair məlumatlılığı artırmaq, müzakirələrə start vermək və beynəlxalq ictimaiyyəti bu problemlərin həlli istiqamətində birgə fəaliyyətə təşviq etməkdir.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov qeyd edib ki, hesabatda müstəmləkəçilikdən əziyyət çəkən regionlarda ekoloji problemlər, iqtisadi inkişafın ləngidilməsi məsələlərinə xüsusi vurğu edilib.

Xəbər Lenti