- Cümə, 27 Dekabr, 2024
Tarix: 26.12.2024 11:50
Azərbaycanda matəm günü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində və Türkiyə şəhidliyində bayraqlar yarıya endirilib.
APA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial mediada paylaşım edib.
“AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına görə elan edilən matəm günü ilə bağlı olaraq səfirliyimizdə və Azərbaycandakı şəhidliklərimizdəki bayraqlar yarıya endirilib. Faciəli qəzada həyatını itirən qardaşlarımızı bir daha rəhmətlə yad edirik, ailələrinə başsağlığı veririk. Dost Azərbaycan xalqının kədərini dərindən paylaşırıq”, - paylaşımda qeyd edilib.