Səfir: Qazaxıstan-Azərbaycan münasibətləri bütün sahələrdə yüksək səviyyədədir

Tarix: 04.03.2025 11:40

Bu gün Bakıda ilk dəfədir Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilir.

APA xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alim Bayel Qazaxıstan və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O qeyd edib ki, Qazaxıstan-Azərbaycan münasibətləri bütün sahələrdə yüksək səviyyədədir.

"Biz istəyirik ki, təhsil sahəsində münasibətlərimiz də aparıcı qüvvə olsun", - o bildirib.

Xəbər Lenti