Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 19 Dec 2023 22:56
İsrail Prezidenti İsaak Hersoq müvəqqəti atəşkəsə hazır olduğunu bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Fələstin qruplaşması tərəfindən saxlanılan əsirləri azad etmək üçün Qəzzada HƏMAS ilə yeni müvəqqəti atəşkəsə razılaşmağa hazır olduğunu bildirib.
HƏMAS isə bildirir ki, İsrail Qəzzaya qarşı müharibəni bitirənə qədər əsirlərin azad edilməsi ilə bağlı danışıqlara girməyəcək.
“İsrail girovların azad edilməsi üçün növbəti humanitar fasiləyə və əlavə humanitar yardıma hazırdır”, - deyə, İ.Hersoq səfirlərin toplantısında deyib.