Cümə, 14 Mart, 2025
Tarix: 13.03.2025 11:45
Biz enerjidən silah kimi də istifadə olunduğunu görmüşük.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib.
Fatih Birol deyib ki, son illər baş verənlər fonunda hər kəs bir daha gördü ki, Azərbaycan etibarlı və etimad doğuran bir tərəfdaşdır: “Mən ümid edirəm ki, Azərbaycandan Avropaya qaz ixracı artacaq. Azərbaycanın yaşıl gündəliyi, Qara dənizin dibi ilə çəkiləcək kabel də çox əhəmiyyətli olacaq”.