Hindistan Ermənistana “Akaş” komplekslərinin tədarükünə başladığını açıqladı

Tarix: 19 Dec 2023 23:47

Hindistan qışda Ermənistana özünün “Akaş” zenit-raket komplekslərini (SAM) çatdırmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ANI” agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Ermənistana çatdırılma yaxın bir neçə ayda başlayacaq”, - mənbə qeyd edib.

Nəşrin məlumatına görə, Ermənistan Hindistandan 600 milyon dollar dəyərində silah alıb.

Xəbər Lenti