Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 20 Dec 2023 00:18
ABŞ Şimali Koreya ilə danışıqlara, eləcə də yarımadanın nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Biz əvvəllər demişdik ki, yarımadanın nüvəsizləşdirilməsi barədə danışmağa başlamaq üçün ilkin şərt olmadan Kim Çen Inla danışıq masası arxasında oturmağa hazırıq. Bu, aktualdır, bu gün də ”, - Kirbi əlavə edib.