“Ukrayna ordusuna əlavə 500 min əsgər lazımdır” - Zelenski

Tarix: 20 Dec 2023 01:58

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında hazırda ölkəsinin nə qədər hərbçiyə ehtiyacı olduğunu açıqlayıb.

“Qafqazinfo” BBC-yə istinadla xəbər verir ki, Zelenski komandirlərinin 450-500.000 nəfər əsgər axtardığını deyib. O, bunun “həssas” və baha başa gələn məsələ olduğunu da etiraf edib.

Ukrayna Prezidenti ABŞ Konqresindəki Respublikaçıların bu ayın əvvəlində Ukrayna üçün 60 milyard dollarlıq (47 milyard funt sterlinq) hərbi paketi blokladığını yada salıb.

“Bunun ardınca Macarıstan keçən həftə Aİ-nin 50 milyard avroluq (55 milyard dollar; 43 milyard funt sterlinq) maliyyə yardımı müqaviləsini blokladı”,-deyə əlavə edib.

Xəbər Lenti