HƏMAS üç israilli girovun görüntüsünü yaydı

Tarix: 20 Dec 2023 04:05

HƏMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadaları Qəzza zolağında üç yaşlı israilli kişinin girov saxlanması ilə bağlı görüntülər yayıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, İsrail tərəfi bu görüntüləri cinayətkar terror fotosu kimi qiymətləndirib.

Fotoda 79 yaşlı Chaim Peri, 80 yaşlı Yoram Metzger və 85 yaşlı Amiram Cooper yer alıb.

Qeyd edək ki, oktyabrın 7-dən indiyə kimi Qəzzada 120-yə yaxın insanın girov saxlanıldığı bildirilir.

Xəbər Lenti