, 13 İyul, 2025
Tarix: 15.04.2025 11:52
Sloveniya Baş nazirinin müavini, xarici işlər naziri Tanya Fayon Azərbaycana səfər edəcək.
APA xəbər verir ki, bu barədə Sloveniya xəbər agentliyi (STA) məlumat yayıb.
Sloveniya xarici işlər naziri 15-16 aprel tarixində Ermənistana, 17 aprel tarixində isə Azərbaycana səfər edəcək.
Bildirilib ki, Bakıda aparılacaq müzakirələr enerji sahəsində əməkdaşlığa fokuslanacaq.