Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 20 Dec 2023 10:10
Qırğızıstan parlamenti dövlət bayrağında günəş təsvirinin dəyişdirilməsi ilə bağlı qanunu üçüncü oxunuşda qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “24.kg” portalı yayıb.
59 deputat qanunun lehinə, 5 nəfər isə əleyhinə səs verib.
Qanuna əsasən, bayrağın üzərində təsvir olunan günəşin şüaları dalğavari formadan düz formaya dəyişdiriləcək.