Rusiya FTX Moskvada 673 kq kokain müsadirə edib

Tarix: 20 Dec 2023 11:03

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada 2,5-6.5 milyard rubldan (28-72 milyon dollar) çox dəyəri olan 673 kq kokain müsadirə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Latın Amerikasında istehsal olunan kokainin Avropa İttifaqına qaçaqmalçılıq yolu ilə daşınması planlaşdırılıb.

Xəbər Lenti