Ümumdünya Fətva Təşkilatının Baş katibi: Fətva islamofobiya ilə mübarizədə mühüm alət ola bilər

Tarix: 26.05.2025 11:41

"Qərb inancında 11 sentyabr hadisələri hər zaman mənfi məna daşıyıb, müsəlmanlarla, eləcə də fətva və islamofobiya ilə xarakterizə olunub".

APA-nın xəbərinə görə, bu fikirləri Misirdə yerləşən Ümumdünya Fətva Təşkilatının Baş katibi İbrahim Neqm "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusundakı beynəlxalq elmi konfransdakı çıxışında səsləndirib.

O söyləyib ki, bu kimi amillərin aradan qaldırılması üçün insanlar arasında fətva ilə bağlı maarifləndirmə aparılmalıdır:

"Bəşəriyyəti bir gəmiyə bənzətsək, hamımız onun içərisindəyik. Gəminin batmasına rəvac verəcəyiksə, hamımız batacağıq. Təşəbbüslərimizi bir yerə toplasaq, heç kim bizi batıra bilməyəcək. Qərbə. Bir çoxları fətvanı cəzalandırma kimi qəbul edirlər. Bu sahədəki problemlərdən biri fətvanın islamofobiya ilə mübarizədə alət kimi istifadə olunmasıdır. Qərb inancında 11 sentyabr hadisələri hər zaman mənfi məna daşıyıb, müsəlmanlarla və islamofobiya ilə xarakterizə olunub.

Hesab edirəm ki, insanlar arasında fətva ilə bağlı maarifləndirmə aparılmalıdır. Elə bir dövrdə yaşayırıq ki, məlumat çox olsa da müdriklik azalıb və demək olar ki, mövcud deyil. Mən belə hesab edirəm ki, qlobal islamofobiya ilə mübarizədə fətvanın mühüm rolu var. 2015-ci ildən bəri dünyada fəaliyyət göstərən fətva qurumlarını birləşdirməyə nail olmuşuq. Onu da deyim ki, süni intellekt, iqlim dəyişikliyi kimi problemlərin kollektivi müzakirəsinə ehtiyac var. O cümlədən biz gənc alimləri səlahiyyətləndirməkiyik ki, onlar ali kürsüdən dünya ictimaiyyətini məlumatlandırsınlar. Çünki şəxsən mən özüm bu sahədə yanlış məlumat verənləri görmüşəm. Mən həmçinin, bu sahədəcmüəyyən praktiki təşəbbüslərə toxunmaq istəyərdim. Çünki bizim hər birimizin əməkdaşlıq etməyə, eləcə də islamofobiya ilə mübarizə üzrə onlayn kursların keçirilməsinə ehtiyac var".

Xəbər Lenti