ABŞ senatoru Azərbaycana səfər edib

Tarix: 29.05.2025 11:50

ABŞ-ın Montana ştatının senatoru Stiv Deyns Azərbaycana səfər edib. APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, o, səfər çərçivəsində Bakıda Azərbaycan Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

Bundan əlavə, Stiv Deyns Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşəcək.

Görüşlərdə ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Xəbər Lenti