Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 20 Dec 2023 15:15
Xəbər verdiyimiz kimi, dekabrın 18-dən 19-na keçən gecə Çinin şimal-qərbində 6,2 bal gücündə zəlzələ baş verib. Qansu və Qinghai əyalətlərində qeydə alınan zəlzələ zamanı 131 nəfər həlak olub.
“Qafqazinfo”nun TASS-a istinadən məlumatına görə, zəlzələ zonasında axtarış-xilasetmə işləri demək olar ki, başa çatıb.
Bildirilir ki, təbii fəlakət nəticəsində xəsarət alanların ümumi sayı min nəfərə yaxındır.
Zəlzələnin qeyd alındığı Qansu vilayətində yeraltı təkanlardan sonrakı vəziyyəti əks etdirən görüntülər yayılıb.