Cümə, 4 İyul, 2025
Tarix: 04.07.2025 11:58
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Naxçıvanla bağlı ötən iclasda qaldırılan bəzi məsələlərin referendum yolu ilə həllini tapa biləcəyini qeyd edib.
APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Əli Hüseynli “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanun layihəsinin II oxunuşunda müzakirəsi zamanı deyib ki, heç bir mübahisəli məsələ qalmayıb: “Deputat həmkarlarımız çıxışlarında vurğuladılar ki, layihə mükəmməl hazırlanıb. Yeganə bir neçə nəzəri məsələlər var idi ki, onların da həlli gələcək konstitusion islahatlarla bağlıdır. Onu vurğulamaq istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da Azərbaycan Konstitusiyasının ayrılmaz tərkib hissəsidir. Bir sıra məsələlər məhz indi konstitusiyaya əlavə və dəyişikliklərlə həllini tapır. Digər məsələlər isə gələcəkdə referendum yolu ilə həllini tapa bilər. Burada heç bir ziddiyyət yoxdur".