Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 20 Dec 2023 15:28
Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyi şəhərə giriş-çıxışa məhdudiyyət qoyulacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, nümayəndəliyin yaydığı məlumatda 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa heç bir məhdudiyyət qoyulmayacağı qeyd edilib.
“Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”, - açıqlamada deyilir.