Cümə axşamı, 6 Avqust, 2026
Tarix: 20 Dec 2023 17:52
Türkiyə və İran Tehranda XİN rəhbərlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçirəcəklər.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN yayıb.
Məlumata görə, dekabrın 20-21-i baş tutacaq məsləhətləşmələrdə iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlər, eləcə də Qəzza zolağındakı vəziyyət müzakirə ediləcək.
Mənbə: qafqazinfo.az