Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq"

Tarix: 20 Dec 2023 23:50

Aİ ölkələri Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün ABŞ-nin "Rifahın Mühafizəsi" əməliyyatına qoşulmaq qərarına gəlib.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrel deyib.

O, bu əməliyyata Aİ-nin "Atalanta" dəniz missiyası çərçivəsində qoşulacaq.

“Husilərin məsuliyyətsiz hərəkətləri Qırmızı dənizdə təhlükə yaradır. Bu gün çağırdığım Aİ-nin Daimi Nümayəndələrinin fövqəladə iclasında üzv dövlətlər "Atalanta" əməliyyatı vasitəsilə ABŞ-nin "Prosperity Guardian" əməliyyatına töhfə verməyə razılaşdılar”, - Borrell bildirib.

Xəbər Lenti