Aİ ölkələri Qırmızı dəniz əməliyyatında iştirak edəcəklər

Tarix: 21 Dec 2023 01:18

Avropa İttifaqına üzv ölkələr Qırmızı dənizdə ABŞ-nin “Prosperity Guardian” əməliyyatında iştirak etməyi qərara alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel deyib.

“Husilərin məsuliyyətsiz hərəkətləri Qırmızı dənizdə gəmilərin hərəkətinə təhlükədir. Aİ-nin daimi nümayəndələrinin bugünkü fövqəladə iclasında üzv dövlətlər ABŞ-nin keçirəcəyi əməliyyata töhfə verməyə razılaşdılar”, - Borrel bildirib.

Qeyd edək ki, ABŞ-nin “Prosperity Guardian” əməliyyatı Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Xəbər Lenti