Cümə axşamı, 12 Ferval, 2026
Tarix: 20 Sep 2025 11:42
Türkiyənin Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.
APA xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşım edilib:
"Qardaş Azərbaycanı 20 sentyabr Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik" – deyə qeyd olunub.