Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 21 Dec 2023 03:58
Şimali Koreya digər ölkələrin təxribatlarına nüvə silahı ilə dərhal cavab verəcək.
APA xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In deyib.
Kim Çen In dekabrın 20-də “Hwasong-18” qitələrarası ballistik raket buraxılış təlimində iştirak edən Baş Raket İdarəsinin üzvləri ilə görüşüb və onları uğurlu buraxılış münasibətilə təbrik edib.