Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 21 Dec 2023 05:31
Qəzzanın Cəbəliyyədəki Kamal Advan xəstəxanası HƏMAS-ın nəzarəti altında hərbi obyektə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, bunu xəstəxananın direktoru Əhməd Kahlotun açıqlayıb.
Onun sözlərinə görə, xəstəxananın içərisində HƏMAS-ın ofisləri var və buradan əməliyyat fəaliyyəti üçün baza kimi istifadə edilir:
“Xəstəxananın 16 əməkdaşı, o cümlədən həkimlər və tibb bacıları terror təşkilatının hərbi qanadı olan Əl-Qəssam Briqadalarında xidmət edən Həmas əməliyyatçılarıdır”.