Çində zəlzələ nəticəsində ölənlərin sayı 135-ə yüksəldi

Tarix: 21 Dec 2023 08:19

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, 113 nəfər Qansu əyalətində, daha 22 nəfər qonşu Sinxay əyalətində ölüb. 12 nəfər isə itkin sayılır.

Xəbər Lenti