Türkiyə MN: Komandolarımız Bakı küçələrini qardaşlığın səsi ilə titrədəcək, F-16-larımız səmada uçacaq

Tarix: 08.11.2025 11:37

Türkiyənin F-16-ları Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan səmasında uçacaq.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Salam olsun sənə, qardaş Azərbaycan! 8 noyabr Zəfər Günün mübarək olsun. Bu gün qəhrəman komandolarımız Bakı küçələrini cəsarətin və qardaşlığın səsi ilə titrədəcək, Azərbaycan türkü qardaşlarımızı qürurla salamlayacaq. Hərbi Hava Qüvvələrimizin qırıcıları da Ay Ulduzun qüdrətini Bakı səmalarına nəqş edərək əbədi qardaşlığımızı dünyaya hayqıracaq”, - qeyd edilib.

Xəbər Lenti