Azərbaycan və Ermənistan liderləri Kopenhagendə “Tramp marşrutu” üzrə elektrik xətləri ilə qaz kəmərinin tikintisini müzakirə edib

Tarix: 14.11.2025 11:56

Kopenhagen görüşü zamanı Ermənistan və Azərbaycan liderləri “Tramp marşrutu” üzrə ilk növbədə elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə ediblər.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər ilkin olaraq məhz bu infrastrukturların daha tez reallaşdırıla biləcəyi barədə müəyyən anlaşmaya gəliblər.

“Gizlətməyəcəyəm, Kopenhagendə Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik və ilkin olaraq belə qənaətə gəldik ki, ən operativ şəkildə elektrik xətlərinin və qaz kəmərinin tikintisini həyata keçirmək mümkündür”, - Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, növbəti müzakirələr layihənin konturlarını daha da dəqiqləşdirəcək və ümumilikdə layihənin icrasına maneə görmür.

Xəbər Lenti