Bazar ertəsi, 24 Noyabr, 2025
Tarix: 24.11.2025 11:59
Zəngəzur dəhlizi türk dünyası və geniş Avrasiya məkanı üçün strateji əhəmiyyətə malikdir.
APA xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri, “Yüksəliş” hərəkatının sədri Babur Bekmuradov noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətlər Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda deyib.
“Zəngəzur dəhlizi Şərq və Qərbi birləşdirən Orta Dəhlizin təbii bir hissəsidir. Ənənəvi tranzit yollarının zəiflikləri sadəcə iqtisadi yox, həm də milli təhlükəsizlik cəhətindən bizi yeni tranzit yollqrı axtarmağa vadar edir. Zəngəzur dəhlizi bizim üçün ən qısa və ən əlverişli tranzit yolu olacaq. Bu bizə logistika və xərclərin azaldılması baxımından dayda verəcək. Digər tərəfdən bu dəhliz diversifikasiya və xarici ticarətin inkişaf etdirilməsi baxımından bizə kömək edəcək.
Ümumiyyətlə deyə bilərik ki, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında interkonnektivlik Zəngəzur dəhlizi ilə yeni mərhələyə çatır. Başa düşürük ki, bu cür layihələrin həyata keçirilməsi üçün sülh və stabillik şərtdir. Bu baxımdan Özbəkistan Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir” , - Babur Bekmuradov qeyd edib.