340 təyyarə və 4 gəmi Qəzza sakinlərinə humanitar yardım çatdırıb

Tarix: 22 Dec 2023 05:17

340 yük təyyarəsi və 4 gəmi Qəzza zolağının əhalisinə humanitar yardımı Sinay yarımadasında yerləşən Əl-Ariş şəhərinə çatdırıb.

APA xəbər verir ki, bu barədə Şimali Sinay vilayətinin qubernatoru Məhəmməd Şuşa məlumat verib.

Qubernator qeyd edib ki, şəhər limanının akvatoriyasında Fransa və İtaliyadan gələn iki üzən xəstəxana var.

Xəbər Lenti