Bazar ertəsi, 23 Mart, 2026
Tarix: 06 Dec 2025 11:02
Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubba təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Prezident İlham Əliyev Aleksandr Stubb Azərbaycan Finlandiya