Rusiya səfiri: Ermənistan KTMT-ni tərk etmək fikrində deyil

Tarix: 22 Dec 2023 11:15

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etmək fikrində deyil.

APA xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin TASS-a müsahibəsində bildirib.

Səfir edib ki, Ermənistan nümayəndələrinin Təşkilatın iclaslarında iştirak etməməsinə baxmayaraq, ölkənin KTMT-dən çıxması məsələsi gündəmdə deyil:

"Biz ilk növbədə Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarına diqqət yetiririk, ona görə Ermənistanın Təşkilatdan çıxması məsələsi hazırda gündəmdə deyil. Bildiyiniz kimi, Ermənistan gələn il Avrasiya İqtisadi Birliyinə sədrlik edəcək”, - diplomat əlavə edib.

Xəbər Lenti