Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 22 Dec 2023 15:19
Prezident Co Bayden ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını gücləndirən yeni sərəncam imzalamaq niyyətindədir.
APA xəbər verir ki, bu barədə Ağ Evin yüksək səviyyəli rəsmisi bildirib.
Ağ Ev rəsmisi deyib ki, ABŞ müharibə başlayandan bəri öz mövqeyində qəti olub və bildirib ki, Rusiyanın hərbi sənaye bazasını maddi cəhətdən dəstəkləyənlər bu ölkənin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmasında iştirak edir.
"Sabah Prezident Bayden və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın göstərişi ilə atacağımız addım Rusiyanın hərbi sənaye bazasını genişləndirmək səylərini pozmaq üçün atdığımız addımları daha da gücləndirməyə xidmət edir. Sabah Prezident Bayden ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını gücləndirən yeni sərəncam imzalamaq niyyətindədir ki, burada da əsas hədəf Rusiyanın müharibəsinin maliyyə vasitəçiləri/ dəstəkçiləri olacaq. Bu, Rusiyanın müdafiə sənayesi bazasına maddi dəstəyin qarşısını almaq və hərbi potensialını artırmaq səylərinə mane olmaq üçün mühüm addımdır", o deyib.