Rusiya və İran XİN başçıları telefonla danışıb

Tarix: 22 Dec 2023 16:14

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

APA-nın Rusiya müxbiri xəbər verir ki, dekabrın 7-də Moskvada keçirilən yüksək səviyyəli Rusiya-İran danışıqları zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində regional və ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilib.

Nazirlər həmçinin, qarşıdakı təmasların qrafikini də razılaşdırıblar.

Xəbər Lenti