“Gürcü Arzusu”nun sədri: Gürcüstan Moldova və Ukraynadan daha tez Aİ üzvü olacaq

Tarix: 22 Dec 2023 17:12

Gürcüstan Moldova və Ukraynadan daha tez Avropa İttifaqının (Aİ) üzvü olacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib. O, Aİ ilə üzvlük danışıqlarının 2024-cü ildə başlaya biləcəyini qeyd edib.

Kobaxidze Gürcüstanın bütün istiqamətlərdə Moldova və Ukraynadan “10 dəfə irəlidə” olduğunu qeyd edib.

“Biz bütün aspektlərdə - demokratiya, insan haqları, iqtisadiyyat - irəlidəyik. Biz bütün istiqamətlərdə Ukrayna və Moldovadan 10 dəfə irəlidəyik”, - Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Xəbər Lenti