Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 22 Dec 2023 18:13
Niderland Ukraynaya Avropa İttifaqına (Aİ) daxil olmaq yolunda kömək etməyə hazır olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Mark Rutte “X” sosial şəbəkəsində məlumat verib.
“Biz Volodimir Zelenski ilə Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün keçən həftə Avropa Şurasının qəbul etdiyi mühüm qərarı müzakirə etdik. Ukraynanın tərəqqisindən heyranam və Niderland üzvlük prosesinin tələb etdiyi islahatlar istiqamətində işləməyə davam etdiyi üçün Ukraynaya kömək etməyə hazırdır”, - Rutte qeyd edib.