Almatıda avtobus izdihamın üzərinə hərəkət edib, ölənlər var - FOTO

Tarix: 22 Dec 2023 19:04

Qazaxıstanın Almatı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, qəza zamanı, avtobus sürücüsü piyadalardan birini vurduqdan sonra digər izdihamın üzərinə hərəkət edib.

Nəticədə 3 nəfər ölüb, daha 4 nəfər ağır yaralanıb, daha 4 avtomobil yararsız vəziyyətə düşüb. Yaralananlardan biri 15 yaşlı gəncdir.

Əhməd Əkbərov

Xəbər Lenti