Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 22 Dec 2023 19:58
Türkiyə və ABŞ arasında Yüksək Səviyyəli Müdafiə Qrupunun Toplantısı baş tutub.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən toplantının müsbət və konstruktiv şəraitdə keçdiyi vurğulanıb.
Qeyd olunub ki, iclas zamanı ikitərəfli müdafiə sənayesi əməkdaşlığı ilə yanaşı beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Növbəti toplantının Türkiyədə keçirilməsi planlaşdırılır.