“Meta” İtaliyada cərimələndi

Tarix: 23 Dec 2023 01:30

“Meta” şirkəti İtaliyada külli miqdarda cərimə olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, İtaliyanın Rabitə Zəmanətləri Təşkilatı “Meta” şirkətini 5,9 milyon avro cərimələyib.

Qeyd olunub ki, şirkət reklam qadağasını pozduğuna görə cərimələnib. Belə ki, Facebook və İnstagram sosial şəbəkələrindəki 18 profildə reklam xarakterli, hətta, dolayı yolla pul uduşlu mərc oyunları ilə bağlı reklamların olduğu müəyyən edilib.

Xəbər Lenti